Azərbaycanın mövqeyi dəyişdi UEFA reytinqi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin növbəti oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, keçirilən 11 matçın nəticəsi ölkələrin reytinqində dəyişikliklərə səbəb olub. Azərbaycan da ötən günlə müqayisədə iki pillə geriləyib.

Ölkəmiz 14,750 xalla 26-cı yerdə qərarlaşıb. Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi Azərbaycanın geriləməsinə səbəb olub.

Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.

Xatırladaq ki, "Qarabağ" "Sileks"ə 4:0 hesabı ilə qalib gəldikdən sonra Azərbaycan 24-cü pilləyə yüksəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right