Qurban Qurbanov: "Futbolçulardan sürətli oyun gözləyə bilmərik"

Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Sileks” (4:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Vacib qələbə qazandıq. Bir neçə aydan sonra rəsmi matçda qələbə qazanmaq xoşdu. Futbolçularımızı təbrik edirəm. Təəssüf ki, sevimli azarkeşlərimiz trobunada yox idi. Bu gün tam hiss etdik ki, azarkeşsiz futbol nə deməkdi. Qarşıda çempionat və avrokubok oyunlarımız var. Həmin matçlara maksimum diqqətlə hazırlaşacağıq.

- Maksim Medvedevin durumu necədi?
- Problem var. Sabah dəqiq məlum olacaq. Düşünmürəm ki, çox ciddi olsun. Topuq nahiyəsi burxuldu. Güclü ağrısı var idi deyə, meydanı tərk etdi.

- Futbolçulardan bəzi narazılıqlarınız olurdu. Rəqib baş məşqçi də “Qarabağ”ın əvvəlki ilə müqayisədə aşağı tempdə olduğunu söylədi...
- Bu gün futbolçulardan sürətli oyun gözləyə bilmərik. Çünki idman formasından uzaqdılar. Ancaq lazım olan anda tempi artıra bilirdik. Çoxlu sürətli hücumlarımız oldu. Sadəcə, sürətdən daha çox topla səliqəli oyun istəyirdim. Onlardan bunu təlıb etmişdim və edəcəm də. Hər bir futbolçunmu başa düşürəm. Bu qədər fasilədən sonra heç kimdən ən yaxşı yununu tələb edə bilmərik. Bəzi texniki səhvləri kənara qoysaq, hazırlaşdığımız hücumlar alındı. Rəqib baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Normal qəbul edirəm.

- Növbəti mərhələdə “Şerif” yoxsa “Fola” ilə qarşılaşmaq istəyirsiz?
- Bu barədə fikir bildirə bilmərəm. Hər ikisi rəqibdi. Burdakı səhvləri təkrarlamamlıyıq. Onlar da ilk mərhələdə təcrübə toplayacaqlar.

- Rəqibin səviyyəsi komandadakı səhvləri görməyə imkan verdimi?
- Səhvlər var. Bu, elə elementdi ki, rəqibin fərqi yoxdu. Səhvlər mütləq gözə çarpır. Səhv futbolçu formasından uzaq olanda üzə çıxır. Bunlar var, ancaq hansısa çatışmazlıqları açıqlamaq istəməzdim. Oyundan oyuna onları aradan qaldırmağa çalışacağıq.

- Yeni transfer gözləməyə dəyər?
- Bu, elə də asan deyil. Pandemiya bu işi bir az da çətinləşdirib. Çox çətin dönəmdi. Axtarışlarımız gedir, bir neçə transfer etmək istəyirik. Gənc oyunçularımız da var. Onların bu səviyyəni hiss etməsini istəyirik. Razıyam ki, yeni oyunçulara ehtiyacımız var.

- Qapıçı seçiminizdə həlledici məqam nə oldu?
- Şahruddin uzun illərdi komandadadı. Emil 1 ilə yaxın idi rəsmi oyuna çıxmırdı. Onları bir-birindən ayrı tutmuram. Hər ikisi əsas qapıçımızdı. Qarşıdakı oyunlarda Emil də oynaya bilər.

- Legioner qapıçı transferi gözlənilir?
- Bu məsələ gündəmdədi. İki qapıçı ilə danışıqlar son anda alınmadı.

- Stadionun ot örütüyü idealdan uzaq idi. Nəzərə alsaq ki, npvbəti oyununuz da evdədi, ola bilərmi başqa bir arenada keçirəsiz?
- Bu oyundan qabaq UEFA-ya bildirilib. Amma sırf bu stadionu göstərmişik deyə, ilk oyunumuz burda oldu. İcazə versələr, “Azrsun Arena”da oynaya bilərik. Ancaq bəzən bundan da bərbad meydanda oynamışıq.

- Komandanın heyətində xeyli dəyişiklik oldu. Ən çox kimin yoxluğunu hiss etdiz?
- Heç oyunçudan ayrılmaq asan deyil. Xüsusilə də, uzun illər burda oynayanlarla. Məcburuq ki, yeni liderlər əldə edək, həmin futbolçuları əvəzləyək. Kim gedibsə, hamısını burda görmək istəyərdim. Gedən oyunçuların hər birinə təşəkkür edirəm. Dəyişiklik də futbolun qanunlarından biridi. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istəyər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right