"Bayern" "Barselona"nı 8 qolla məğlub etdi

Çempionlar Liqasında 1/4 finalın oyunları keçirilir.

 

Newsport.az xəbər verir ki, Lissabondakı "Da Luş" stadionunda "Barselona" və "Bayern" klubları qarşılaşıb. Oyunda Münhen təmsilçisi 8:2 hesablı qələbə qazanaraq, yarımfinala adlayıb.

 

"Bayern" yarımfinalda "Mançester Siti" - "Lion" cütünün qalibi ilə qarşılaşacaq.

 

"Barselona" - "Bayern" - 2:8

Qollar: David Alaba, 7 (avtoqol), Luis Suares, 57 - Tomas Müller, 4, 31, İvan Perişiç, 21, Serj Qnabri, 27, Coşua Kimmix, 63, Robert Levandovski, 82, Filippe Koutinyo, 85, 89

 

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah