"Keşlə" və "Sumqayıt"ın oyunlarının saatı bilindi - Avropa Liqası

Ölkəmizi Avropa Liqasında təmsil edəcək  "Sumqayıt" və "Keşlə"nin də 1-ci təsnifat mərhələsindəki oyununun başlama saatı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "Sumqayıt" - "Şkendiya" (Makedoniya) görüşü saat 20:00-da start götürəcək.

"Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Avroliqadakı digər təmsilçimiz "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı isə ötən gün açıqlanıb. Görüş saat 20:00-da başlayacaq. Hər 3 matç avqustun 27-də oynanılacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right