"Bu, məni dəli edir" Cennaro Qattuzo

"Çox təəssüf hissi keçiririk, sanki yarım saat yuxuya getdik: 3 qol buraxdıq və çox ciddi səhvlər etdik. Bundan başqa, "Barselona"ya böyük təzyiq göstərən bir komanda gördüm. Hesab 0:0 olan zaman 2 qol vura bilərdik. Bu cür qollar buraxaraq hesabda geri düşmək məni dəli edir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Həmişə təkrar edirəm ki, güclü, istedadlı oyunçularımız var, amma bu, yetərli deyil. Xarakter baxımından da istənilən səviyyədə olmalıyıq. "Barselona" ikinci hissədə çox çətinlik çəkdi.

Statistikaya əsasən, "Napoli" daha üstün idi. Topa daha çox sahib olduq, müdafiədən asanlıqla keçdik. Komanda şəklində oynadıq, amma ən böyük təəssüf budur ki, sanki yarım saat yuxuya getdik və qələbəni "Barselona"ya verdik" - deyə o bildirib.

İtaliyalı mütəxəssis nəticəyə görə çox məyus olduğunu vurğulayıb: "Çünki rəqibə həqiqətən problemlər yarada bilərdik, ancaq sonra ötürmələrdə problem yaşamağa başladıq".

Qattuzo Kataloniya təmsilçisinin baş məşqçisi Kike Setyen haqda da müsbət fikirlər səsləndirib: "Mən illərdir onun işini izləyirəm. Daha əvvəl Setyenlə ünsiyyət qurmuşuq, bir müddət dost olmuşuq. Düşünürəm ki, onun futbola dair çox maraqlı fikirləri var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right