"Qarabağ" aşkar favoritdir, ancaq..." - "Sileks"in baş məşqçisi

"Potensial rəqiblərimizin hamısı əla komandalar idi. “Qarabağ” aşkar favoritdir, amma Avropada daha uzun yolun xəyalındayıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov deyib.

Şimali Makedoniya klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən "Qarabağ"ı tərifləməklə yanaşı, Bakıya yaxşı nəticə üçün gələcəklərini də bildirib:

“Qarabağ” yeddi il Azərbaycan çempionu olmuş və mütəmadi olaraq Çempionlar Liqasına vəsiqə qazanan əla komandadır. Rəqibin 20 miyon avro büdcəsi var. Ancaq biz özümüzü və Makedoniya futbolunu rüsvay etmək üçün ora ağ bayraqla getmirik. Əvvəlki kimi əlimizdən gələnin ən yaxşısını edəcəyik. Futbolda 90 dəqiqə ərzində hər şeyin mümkün olduğu dəfələrlə görünüb. Ümid sonda ölür".

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Bir oyundan ibarət bu mərhələdə "Qarabağ" rəqibini Bakıda qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah