"Qarabağ"ın potensial rəqibləri 4-ə endi

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

Newsport.az-ın məlumatına görə, püşk ərəfəsində 34 iştirakçı 5 qrupa bölünüb. Azərbaycan çempionu 4-cü qrupda səpələnmişlər səbətində yer alıb.

Bu isə o deməkdir ki, Ağdam təmsilçisi püşk zamanı nisbətən zəif komandaların cəmləşdiyi səpələnməmişlər səbətindən "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks"dən (Şimali Makedoniya) birinə rəqib olacaq.



4-cü qrup

Səpələnmişlər


“Astana” (Qazaxıstan)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Dinamo” (Tbilisi, Gürcüstan)

Səpələnməmişlər

“Dinamo” (Brest, Belarus)
“Riqa” (Latviya)
"Tirana" (Albaniya)
“Sileks” (Şimali Makedoniya)

Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah