Qvardiola: "Beyli yox, Çempionlar Liqasını istəyirik"

Çempionlar Liqasının 1/8 finalında "Real"ı mübarizədən kənarlaşdıran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis turnirin qalibi olmaq istədiklərini bildirib:

 

"Zinəddin Zidan pley-off oyunlarında uduzmurdu. Biz bunu bacardıq və "Real"ı yendik. Artıq Çempionlar Liqasını qazanmaq istəyirik. Yaxşı addım atdıq, ancaq özümüzü yetərli hesab etsək, məğlub olarıq. Hələ səhvlərimiz var".

 

49 yaşlı mütəxəssis "Real"ın futbolçusu Qaret Beyllə maraqlanmadıqlarını deyib: "Beyl? Onunla maraqlanmırıq".

 

"Mançester Siti" 1/4 finalda "Lion"la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right