"Qarabağ" ÇL-in 2-ci mərhələsində də münasib rəqiblə düşə bilər

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" 1-ci təsnifat mərhələsini keçəcəyi halda ikinci raundda da münasib rəqiblə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, aktivində 21 min xalı olan Ağdam təmsilçisi 2-ci mərhələdə reytinqinə görə ən pis halda 6-cı komanda olacaq. Bu da "Qarabağ"ın səpələnmişlər səbətində yer alacağı, yəni nisbətən münasib rəqiblə düşəcəyi deməkdir.

Qurban Qurbanovun komandasının 3-cü təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alması çətin görünür. Çünki bunun üçün ilk iki mərhələdə sürpriz nəticələr qeydə aınmalı və çempionu dəqiqləşməyən ölkələrdə daha aşağı reytinqli komanda qalib olmalıdır.

Qeyd edək ki, 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü müvafiq olaraq, avqustun 9-u və 10-u, 3-cü raundun püşkü isə avqustun 31-də atılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right