Son vurduğu qola sevinmədi, Qomeşdən üzr istədi

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Srvena Zvezda"nı 4:0 hesabı ilə məğlub edən "Tottenhem"in futbolçusu Son Hın-Min dublla yadda qalıb.

Newsport.az saytının məlumatına görə, 57-ci dəqiqədə ilk qolunu vuran cənubi koreyalı sevinməyib. O, kameraya tərəfə baxıb və üzr istəyib.

Son İngiltərə Premyer Liqasının 11-ci turunda "Everton"la matçda (1:1) rəqib futbolçu Andre Qomeşin oyun epizodunda ayağını qırdığı üçün bu addımı atıb.

Qarşılaşmadan sonra Son açıqlama verib. 27 yaşlı hücumçu çətin günlər keçirdiyini bildirib: "Çətin günlər yaşadım. Komanda yoldaşlarım və azarkeşlər mənə dəstək oldu. Belə bir komandada olduğum üçün şanslıyam. Baş verən hadisə məni üzdü. Buna görə çox təəssüflənirəm. Xoşagəlməz hadisə oldu. İndi oyunlara köklənməyə çalışıram".

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right