"Bavariya"dan darmadağın, "Qalatasaray" PSJ-yə uduzdu Yenilənib

Çempionlar Liqasında bu gün qrup mərhələsində ikinci turun oyunlarına start verilib.

Newsport.az xəbər verir ki, ilk matç günündə 8 qarşılaşma keçirilib. A qrupunda "Qalatasaray" PSJ-yə uduzub - 0:1. "Real" isə "Brügge" ilə bərabərə qalıb - 2:2.

Ən çox qol "Tottenhem" - "Bavariya" qarşılaşmasında qeydə alınıb. Qapılara 9 qol vurulduğu matçda Münhen klubu 7:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ikinci turun digər görüşləri sabah oynanılacaq.

1 oktyabr

qrup mərhələsi, ikinci tur

A qrupu

20:55. "Real" - "Brügge" - 2:2
Qollar: Dennis, 9 (0:1), 39 (0:2), S.Ramos, 55 (1:2). Kazemiro, 85 (2:2) 

23:00. "Qalatasaray" - PSJ - 0:1
Qol: 
İkardi, 52

B qrupu

23:00. "Srvena Zvezda" - "Olimpiakos" - 3:1
Qollar: 
Ruben Semedo, 37 (0:1), Vuliç, 63 (1:1), Milunoviç, 87 (2:1), Boakye, 90 (3:1)

23:00. "Tottenhem" - "Bavariya" - 2:7
Qollar: 
Hun-Min Son, 12 (1:0), Kimmix, 15 (1:1), Levandovski, 45 (1:2), Qnabri, 53 (1:3), 55 (1:4), Keyn, 61 (2:4), Qnabri, 83 (2:5), Levandovski, 87 (2:6), Qnabri, 88 (2:7)

C qrupu

20:55. "Atalanta" - "Şaxtyor" (Donetsk) - 1:2
Qol:
 Sapata, 29 (1:0), Moraes, 41 (1:1),  Solomon, 90+5 (1:2)

23:00. "Mançester Siti" - "Dinamo" (Zaqreb) - 2:0
Qol: 
Sterlinq, 66, Foden, 90

D qrupu

23:00. "Yuventus" - "Bayer" - 3:0
Qollar: İquain, 17, Bernardeski, 62, Ronaldo, 88

23:00. "Lokomotiv" - "Atletiko" - 0:2
Qollar: Feliks, 48, Tomas, 58

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah