Çempionlar Liqasının növbəti üç final oyunun məkanları bəllidir

UEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, 2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu  Almaniyanın Münhen şəhərində reallaşacaq. 2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.

UEFA sentyabrın 24-ü bununla bağlı rəsmi qərar verəcək.

Bu mövsüm Çempionlar Liqasının final oyununa Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək. Həlledici oyun Atatürk Olimpiya Stadionunda reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right