Ən çox künc zərbəsini "Qarabağ" vurub UEFA açıqladı

UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikasını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ” öz göstəricisi ilə fərqlənib.

Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam klubu yerinə yetirib. “Qarabağ” 39 dəfə künc zərbəsi vurub. 

İlk beşlikdə isə “Qarabağ”dan başqa  “Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), “Srvena Zvezda” (Serbiya, 34) və “Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.

“Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub.

Qurban Qurbanovun komandası çərçivəyə gedən zərbələrdə APOEL-lə birgə 7-8-ci yerləri bölüşür, qolların sayına görə isə 8-cidir.

“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə ən çox qol ötürməsi edən (3) 9 futbolçudan biridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right