"Qarabağ"ın son illərdə avrokuboklarda yazılan tarixi var"

APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu Kipr mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş veteran yarımmüdafiəçi sabiq komandasının Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bakıda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdiyi matç haqda fikirlərini bölüşüb:

"Keyfiyyətli komandanı udub, mərhələni keçmək asan deyil. "Qarabağ"ın son illərdə avrokuboklarda yazılan tarixi var. APOEL bu qələbə ilə Avropada növbəti dəfə iz qoydu. Futbolçuların yaxşı qiymətə satılması təsadüfi deyil. Hazırkı rəhbərlik perspektivli oyunçular gətirməyə cəsarət edir və onlara pul ödəyir".

Antoniu APOEL-in "Qarabağ"dan yaxşı komanda olduğunu bildirib: "Cənab Doll cavab oyununda bir sıra düzgün addımlar atdı və şansları bərabərləşdirdi. İnanıram ki, APOEL "Qarabağ"dan keyfiyyətcə üstündür. Təsadüfi deyil ki, onları sadə və məntiqli addımlarla məğlub edə bildik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right