Kiyev "Dinamo"su Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Brügge" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Dinamo"nun qonağı olub. Kiyevdə keçirilən matç 3:3 hesablı heç-heç ilə yekunlaşıb.

Belçika təmsilçisi pley-offda Avstriyanın LASK klubu ilə qarşılaşacaq.

"Dinamo" - "Brügge" - 3:3

Qollar: Vitali Buyalski, 6, Vladimir Şepelev, 50, Brendon Mexele, 90 (avtoqol) - Simon Deli, 38, Ruud Vomer, 88, Lois Openda, 90+3

İlk oyun: 0:1

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right