Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın LASK klubu evdə İsveçrə "Bazel"i ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, ilk oyunda 2:1 hesablı qələbə qazanan meydan sahibləri cavab görüşündə də sevinən tərəf olub - 3:1.

Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Ağayev hər iki komandanın bir futbolçusuna sarı vərəqə göstərib.

LASK pley-offda Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right