"Qarabağ" qorxulu rəqib deyil, hər şey APOEL-ə bağlıdır"

Kiprin "Sparta" klubunun baş məşqçisi, APOEL-in sabiq futbolçusu Marinos Satsias "Super Sport FM" radiosuna danışıb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL matçı barədə fikirlərini bölüşüb:

"Bu oyun həm prestij, həm də nəticə baxımından önəmlidir. Qazanan tərəf Avropa Liqasının qrupunu qarantiləyəcək. Bundan sonra məqsəd uğrunda mübarizə daha rahat olacaq. "Qarabağ" daha hazırlıqlı idi və bu da ilk oyunda qələbələrində rol oynadı. APOEL-in məşq və heyəti barədə heç nə bildirmək istəmirəm, bunu məşqçiləri daha yaxşı bilər. Hər hansı bir dəyişiklik komandanın xeyrinədir. APOEL-də baş məşqçi dəyişikliyi komandaya xeyir verə bilər. Futbolçular özlərini göstərmək üçün Azərbaycanda fürsət qazana bilər.

Bu il APOEL-ə bir neçə oyunçu gəldi. Hər kəsi ilk 11-liyə salmaq çətindir. Keçmiş baş məşqçinin çətin hədəfi var idi. Nəyin yanlış getdiyini bilmirəm.

APOEL-in geri dönüş edə biləcək gücə sahib olduğuna inanıram. Vuracağı qol daha da ümid verəcək. Kiprdəki 0:2 hesabı şansları çətin duruma salacaqdı, ancaq Merkisin qolu ümid verdi. Əgər baş məşqçi olsaydım, nə edərdim? Rəqibə pressinq etməyi seçərdim. "Qarabağ" qorxulu rəqib deyil, hər şey APOEL-ə bağlıdır".

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək. Cütün ilk oyununda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right