Bu gün "Tofiq Bəhramov" tam dolacaq

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçında tribunaların tam dolacağı gözlənilir.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu dünən saat 17.00-a kimi satışa çıxarılan biletlərin 24 mininin satıldığını açıqlamışdı. Yerdə qalan 6 min biletin isə bu gün oyun başlanana kimi tam satılıb bitəcəyi, beləliklə, stadiondan matçı 30 min azarkeşin canlı izləyəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right