Andriya Pavloviç: "Bakıda oynamaq asan deyil

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah Bakıda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubunun futbolçusu Andriya Pavloviç bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablanırdı.

- Oyun barədə nə düşünürsüz?
- İlk oyun yaxşı alındı. Mənə elə gəlir ki, biz daha yaxşı çıxış edə bilərik. Sabah mübarizə aparmaq lazımdı. Keyfiyyətli komandamız var, qələbə qazana bilərik. “Qarabağ” çox güclü rəqibdi. Mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq.

- Bakıya 3-cü gəlişinizdi. Əvvəl “Çukariçki” və Kopenhagen”lə burda olmusuz. Xatirinizdə necə qalıb?
- İlk olaraq “Qəbələ”yə qarşı oynamışdıq. “Kopenhagen”in heyətində gələndə, məğlub olmuşduq, sonra mərhələ mkeçə bilmədik. Hesab yadımda deyil. Burda oynamaq heç vaxt asan olmayıb. Azarkeşlər komandasını yaxşı dəstəkləyir. Ancaq özümüzə inanmalıyıq. Bununla lazım olan nəticəni qazanacağımıza inanırıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right