Respublika stadionu "Qarabağ" - APOEL oyununa hazırdır FOTOLAR

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək.

Newsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionu bu mövsüm Avropa Kuboklarında ilk oyunu qəbul edəcək. İlk iki mərhələdə "Partizani" və "Dandolk" klubları ilə ev oyunlarını "Dalğa Arena"da keçirən Ağdam klubu Respublika stadionuna qayıdıb.

Stadionda son hazırlıq işləri gedir. Meydançanın ot örtüyü tam ideal vəziyyətdə olmasa da, qənaətbəxşdir.

"Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, saat 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Fotolar: Sportal.az

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right