Qurban Qurbanov: "Belə dəyişiklik bizə problem ola bilər"

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah Kiprin APOEL klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablanırdı.

Newsport.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Vacib oyuna çıxacağıq. Diqqətli olmaylıyıq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik.

- Kipr mətbuatı yazır ki, rəqibdə baş məşqçi dəyişikliyi sizi çox narahat edir...
- Narahatlıq mütləq var. Dəyişiklik olanda, xüsusilə bu, məşqçi ilə bağlıdısa, narahatlıq olur. Çünki ilk oyundan öncə fərqli hazırlaşmışdıq, indi isə tam fərqli sistem olacaq. Oyunçular eyni olsa da. Belə hallar əvvəl də olub. Bu, həm məşqçi olaraq bizim, həm də futbolçular üçün faydası olacaq. Əvvəl də qeyd etdim ki, sabah çox düşünməli və ehtiyatlı olmalıyıq. Narahatlıq deməzdim, sadəcə, belə dəyişiklik bizə problem ola bilər.

- İlk oyunda cərimə zərbəsi zamanı Almeydanın canlı səddin arxasında uzanması maraqlı görüntü idi...
- Belə hallar olur. Biz bilirdik ki, rəqib futbolçu belə epizodlardan yaxşı istifadə edir. Yaxın məsafədən olanda belə bir şeyin baş verməsi normaldı. Hər bir futbolçu qol buraxmamaq üçün əlindən gələn hər köməyi etməlidi. Gələcəkdə yenə belə hallar ola bilər.

- Uduzan komandaya gələn məşqçi yəqin ki, növbəti mərhələ sözü verməyib. Bu, sizin xeyrinizədi, yoxsa rəqib daha rahat olacağı üçün onlara üstünlükdü?
- Bizim fərqli fikirlər söyləməyimiz düzgün çıxmaz. Əlbəttə, yeni baş məşqçi gəlirsə, məsuliyyəti də olur. Hətta onun uğurlu nəticələri olsa belə. Eyni böyük məsuliyyət məndə də var. Yeni baş məşqçinin nə etmək istədiyi və qələbə üçün hansı variantlara əl atacağı vacibdi. Məsuliyyət bizim üçün daha çoxdu. Ancaq inanmıram ki, onun qarşısına mütləq qələbə tələbi qoyublar. Lakin qələbəyə köklənəcəklər. Hər ikimiz üçün məsuliyyət çox böyükdü.

- Zədəlilərin durumu necədi?
- Hər şey yaxşılığa doğru gedir. Bədavi komandaya qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olmasının önəmi böyükdü. Digər futbolçularda vəziyyət normaldı. İndi 10-15 gün əvvələ nisbətən daha yaxşıyılq. Mikrodəzələr də olur. Amma həftəboyu hamı komanda ilə birgə məşq edib.

- APOEL-in oyununda böyük dəyişikliklərin olacağı deyilir. Kipr mətbuatı yazır ki, 3-lü müdafiədən imtina edəcəklər...
- Ola bilər rəqibdə sistem dəyişikliyi olsun. İndi bunu bilmirik. Komandalarda baş məşqçi dəyişikliyi olanda daha aqressiv olurlar. Çünki futbolçular istəyir ki, ilk oyundan özlərini göstərdilər. Ancaq bu qədər dərinliyə getməli deyilik. Daha çox öz oyunumuza köklənməliyik.

- İlk oyunun son saniyələrində buraxılan qol planlarınızı nə dərəcədə dəyişdi?
- Təcrübə göstərir ki, ilk oyundakı nəticələr heç bir komandanı arxayınlaşdırmamalıdı. Hər bir komandanın sonra kimi ümidi olur. Bəlkə də, 2:0 daha yaxşı idi. Bəzən buraxılan qol komandanın ziyanına olur, bəzən isə xeyrinə. Bilmək olmaz. Ola bilər ki, daha da ciddi olacağıq. Bu, bir daha göstərdi ki, futbol son saniyəyə kimi oynanılır. Diqqətli olmalıyıq ki, belə vacib anlarda qapımızda qol görməyək.

- Heyətdə dəyişikliklər olacaq?
- Səhər yenə məşqimiz olacaq. Qərarı həmin zaman verəcəyik.

- Maqaye Qaye sabah start heyətdə başlayacaq?
- Düşünürəm ki, yox. Bir qədər ideal fiziki formasından uzaqdı. Ancaq hər şey yaxşılığa doğru gedir. Ancaq meydana çıxmaq ehtimalı böyükdü.

- Mahir Emreli ilk oyunda qol vurdu. Bu hal və transfer xəbərləri ilə bağlı onunla fərdi söhbətiniz olub?
- Daim futbolçularla fərdi söhbət edirik. Düzdü, biri 2, digəri 5 ildən sonra böyüyür. İstər-istəməz hər futbolçunun yaxşı oyunundan sonra söhbətimiz olur ki, bunu davam etdirsin. Bir futbolçu yaxşı çıxış edirsə, rəqib futbolçular da ona daha çox diqqət edirlər. Ona görə də futbolçunun ilk düşüncəsi cavab oyununda daha yaxşı oynamaq olmalıdı. O, getdikcə böyüməyə başlayır. Daha diqqətli olmalıdı. Ancaq insan nəfsi fərqlidi, üzdə bir cür görünə bilər, daxildə isə başqa cür fikirləşməsi mümkündü. İnanıram ki, sabah daha aktiv olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right