"Qarabağ"ın APOEL oyununda hansı futbolçular daha diqqətli olmalıdır?

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdam təmsilçisi "Qarabağ" Kiprin APOEL klubunu qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, qarşılaşma öncəsi "Qarabağ"ın iki futbolçusu - Rahil Məmmədovla Maksim Medvedev cəzalı duruma düşmək təhlükəsinə daha yaxındır. Hər iki futbolçu cari mövsüm Çempionlar Liqasında iki sarı vərəqə alıb.

Miçel, Ailton Silva, Simeon Slavçev və Rəşad Sadıqovun aktivində bir sarı vərəqə var.

Qaydalara əsasən, təsnifat oyunlarında 3 sarı vərəqə alan futbolçu cəzalı duruma düşür. Həmin oyunçu növbəti dəfə iki sarı vərəqə alarsa, matçı buraxmalı olur. Qrup mərhələsində təsnifatda alınan sarı vərəqələr ləğv edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right