APOEL üçün 70-80 azarkeş

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab pyunları çərçivəsində "Qarabağ" Kiprin APOEL klubunu qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə rəqib komandanın 70-80 nəfər azarkeşi tribunada olacaq.

Qarşılaşmanın dolu tribunalar önündə keçiriləcəyi gözlənilir.

İlk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Sabah keçiriləcək matçın start fiti 20:30-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right