APOEL Bakıya gəlir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu bu gecə Bakıda olacaq.

Newsport.az saytının məlumatına görə, Nikosiya təmsilçisi çarter reysi ilə Azərbaycana gələcək. Komandanın gecə saat 2-də Bakıya enməsi gözlənilir.

Sabah saat 19:30-da APOEL-in Tofiq Bəhramov adına Respublika stadionunda məşqi keçiriləcək.

"Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right