Rəşad Sadıqov: "Qarabağı təmsil etmək şərəfdir"

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-i 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov açıqlama verib.

Newsport.az-ın supersport.az-a istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu, arxayınlaşmamağın vacibliyini bildirib:

“İlk oyunda qalib gəlmişik, hələ qarşıda cavab qarşılaşması var. Komandamız cüzi üstünlüyə malikdir. Bəlkə bizi 90 yox, 120 dəqiqəliq mübarizə gözləyir. Çempionlar Liqasında zəif rəqib olmur. Mərhələni adlasaq, növbəti tarixi uğuru qazanarıq”.

Kapitan, yeni transfer Maqaye Qeyenin debütdə qol vurmasının sevindirici olduğunu, forvardın komandaya daha çox fayda verəcəyinə inandığını söyləyib.

“Qarabağ”ın aparıcı oyunçusu, erməni təxribatına fikir vermədiklərini vurğulayıb: “Qarabağı təmsil etmək qürurverici, şərəfdir. “Qarabağ”ın böyük uğurlar qazanması üçün bütün varlığımızı sərf edirik. Erməni təxribatlarına fikir vermirik”.

R.Sadıqov PAOK – “Ayaks” cütüylə maraqlanmadıqlarını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right