“Qarabağ”ın 6 illik seriyası: APOEL-in şansı yoxdu!

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiprin APOEL klubunu qəbul edəcək. İlk matçda rəqibini 2:1 hesaabı ilə məğlub edən Ağdam klubu pley-off şansını xeyli artırıb.

Newsport.az-ın məlumatına görə, daha əvvəl Azərbaycan təmsilçiləri avrokuboklarda 3 dəfə eyni halla üzləşib və hamısında mərhələ keçib.

İlk olaraq “Qarabağ” Avropa Liqasında 2010/11 mövsümünün II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubunu səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sonra Bakıda 1:1-lik heç-heçə ilə növbəti raunda keçib.

5 il sonra “İnter” (indiki “Keşlə” – red.) eyni turnirin eyni mərhələsində Finlandiyanın “Hafnarfyordor” klubuna oxşar aqibəti yaşadıb. Səfərdə 2:1 üstün olan bakılılar cavab oyununün əsas vaxtında 1:2 uduzsalar da, əlavə edilmiş yarım saatda hesabı bərabərləşdirərək, mərhələ keçiblər.

“Qəbələ” isə növbəti mövsüm Macarıtsanın MTK klubunu hər iki görüşdə məğlub edib. Budapeştdə 2:1-lik qələbənin ardı Bakıda 2 cavabsız qolla gətirilib.

Göründüyü kimi, Azərbaycan klubları heç vaxt səfərdə əldə edilən 2:1 hesablı üstünlüyü əldən verməyib. Üstəlik, “Qarabağ”ın ev matçlarında çox uğurlu seriyası var.

APOEL mərhələ adlamaq üçün Bakıda 2 top fərqi ilə qələbə qazanmalıdı ki, ”Qarabağ” uzun müddətdi avrokubokların seçmə mərhələ oyunlarında belə yenilgi ilə üzləşmir. “Atlılar” sonuncu dəfə 6 il əvvəl – Avropa Liqasının 2013/14 mövsümünün pley-offunda Almaniyanın “Ayntraxt” klubuna Bakıda 2 top fərqi ilə məğlub olub (0:2). Həmin görüşdən sonra baş tutan 18 ev oyununda Qurban Qurbanovun komandası yalnız 1 dəfə uduzub. 11 qələbə qazanıb, 6 heç-heçə edən “Qarabağ”ın top fərqi isə göz oxşayır – 32:3.

Ümumiyyətlə, Ağdam təmsilçisi avrokubokların seçmə mərhələlərində keçirdiyi ev oyunlarının yalnız 4-də 2 və daha artıq top fərqi ilə uduzub ki, bunların 3-ü ötən əsrdə qeydə alınıb (“Yablonets" – 0:3, “Kopenhagen” – 0:4, “Monpelye” – 0:3).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right