Zubirin agenti APOEL-ə "ilişdi"

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin agenti Sam Nordin sosial şəbəkə hesabında Ağdam klubunun APOEL-ə vurduğu ikinci qolun videosunu paylaşıb.

Newsport.az-ın məlumatına görə, əlcəzairli agent videonu "ağrılıdır" başlığı ilə səhifəsində yerləşdirib.

37 yaşlı sabiq futbolçu bu addımı ilə bir neçə il öncə Zubiri transfer etməkdən imtina edən APOEL-i ələ salıb.

Sam Nordin "Zirə" və "Səbail"in sabiq futbolçuları - Dilan Duventru və Bilal Həmdinin də agentidir. 2011-ci ildə futbolçu karyerasına son qoyan Nordin hər iki futbolçunu bu yay Kiprin "Olimpiakos" (Nikosiya) klubuna transfer olmasında vasitəçi olub.

"Qarabağ" ÇL-in III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin APOEL klubunu səfərdə 2:1 hesabı ilə məğlub edib. Oyunda Zubir ikinci qolun məhsuldar ötürməsini edib.

Ağdam təmsilçisi 27 yaşlı Əlcəzair əsilli fransalı yarımmüdafiəçini 2018-ci ildə Fransanın "Lans" klubundan 1 milyon avroya transfer edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah