UEFA ÇL-də ötən mövsümün ən yaxşıları adına namizədləri açıqladı

UEFA Çempionlar Liqasında ötən mövsümün mövqeylər üzrə ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.

 

Newsport.az xəbər verir ki, çempion "Liverpul"un ən yaxşı futbolçu adına 5 futbolçusu namizəd göstərilib.

 

Qapıçılar: Alisson Beker ("Liverpul", Mark-Andre ter Şteqen ("Barselona"), Uqo Lloris ("Tottenhem");

 

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Virvil van Dayk ("Liverpul"), Matteis de Liqt ("Ayaks" / "Yuventus");

 

Yarımmüdafiəçilər: Cordan Henderson ("Liverpul"), Frenki de Yonq ("Ayaks" / "Barselona"), Kristian Eriksen ("Tottenhem");

 

Hücumçular: Kriştiano Ronaldo ("Yuventus"), Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul").

 

Qaliblərin adı avqustun 29-u - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından öncə elan ediləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah