Çempionlar Liqası: III təsnifat mərhələsinin ilk oyunları keçirildi

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

"Krasnodar" evdə "Portu"ya, "Başakşəhər" isə "Olimpiakos"a 0:1 hesabı ilə uduzub.

Ötən gün Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" klubu səfərdə Kiprin APOEL-i klubunu 2:1 hesabı ilə məğlub etmişdi.

Mərhələnin cavab oyunları avqustun 13-14-ü keçiriləcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

7 avqust

"Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya) - 0:1

"Başakşəhər" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 0:1

"Bazel" (İsveçrə) - LASK (Avstriya) - 1:2

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya) - 1:1

"Maribor" (Sloveniya) - "Rusenborq" (Norveç) - 1:3

 

6 avqust

 

APOEL (Kipr) - "Qarabağ" (Ağdam, Azərbaycan) - 1:2

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) - 2:2

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferençvaroş" (Macarıstan) - 1:1

"Brügge" - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0

"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka) - 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right