"Buraxdığımız ilk top psixoloji cəhətdən bizə təsir elədi" - "Qarabağ"a qol vuran futbolçu

Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzan Kiprin APOEL klubunun müdafiəçisi Georgos Merkis açıqlama verib.

 

Newsport.az xəbər verir ki, oyunda komandasının yeganə qolunu vuran 34 yaşlı kiprli futbolçu fikirlərini bölüşüb:

 

"Əlbəttə, son dəqiqə qolu bizə daha çox ümid verir. İlk hissədə kifayət qədər yaxşı idik. Fasilədən sonra buraxdığımız ilk qol psixoloji cəhətdən bizə təsir elədi. "Qarabağ" çox yaxşı komandadır. Komandamız əlindən gələni etdi. Ancaq ortada bir şey yoxdur. Oyunu geri almaq üçün Azərbaycana gedəcəyik".

 

Cütün cavab matçı avqustun 13-ü, Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Matçın start fiti saat 20:30-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right