İsveçli futbolçu: "Qarabağ"a çox boşluq verdik

Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzan Kiprin APOEL klubunun hücumçusu Linus Hallenius açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu matçla bağlı danışıb:

 

"İsinmə hərəkətləri edirdim, onların qollarını tam görmədim. Əks-hücumlarda təhlükəli olduqlarını bilirdim. "Qarabağ"a çox boşluq verdik. Əks-hücumlarda oynayırdılar. Bizim üçün qol şansı yaratmaq çətin olurdu. Cavab görüşündə daha yaxşı oynamalıyıq".

 

İsveçli forvard cavab görüşünə ümidli çıxacaqlarını deyib:

 

"Əlbəttə, ümid var. Bakıya qollar vurmağa getməliyik".

 

Cütün cavab matçı avqustun 13-ü, Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Matçın start fiti saat 20:30-da səslənəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah