Rəşad Sadıqov: "İlk oyuna görə pis nəticə deyil

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL üzərində 2:1 hesablı qələbə qazanıb.

 

Newsport.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən Ağdam klubunun kapitanı Rəşad Sadıqov güclü rəqibə qarşı oynadıqlarını bildirib:

 

“Bizim üçün vacib oyun idi. Güclü rəqibə qarşı oynayırdıq. Səviyyələri də ortada idi. Təcrübəli komandadır. Çox şükürlər olsun ki, yaxşı mübarizə apardıq. İlk oyuna görə pis nəticə deyil. Qarşıda bizi çox vacib oyun gözləyir. Bakıda keçiriləcək cavab oyununa köklənməliyik”.

 

Komandaların cavab matçı avqustun 13-də keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah