Paolo Trametsani: "Qarabağ"ın ilk qolu bizi çaş-baş saldı"

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a 1:2 hesabı ilə uduzan APOEL-in baş məşqçisi Paolo Trametsani mətbuat konfransında fikirlərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, italiyalı mütəxssis öncə oyunla bağlı danışıb:

 

- Rəqibin oyuna nəzarət etmək bacarığını bilirdik. İlk hissəni yaxşı keçirdik, hücumlar təşkil etdik və öz cərimə meydanımızdan uzaqlaşdıq. İkinci hissənin ilk 15 dəqiqəsində oyunu əldən verərkən hər şey çətinləşdi. Vəziyyəti ələ ala bilmədik və ikinci qolu da buraxdıq. Son dəqiqə qolu bizə ümid verdi.

 

- Futbolçular üçlü müdafiə sistemində çətinlik çəkir.

- Durmadan bu sualları verirsiniz, biz qələbə qazananda da bundan danışırsınız. Sizin fikrinizdir və buna hörmət edirik. Futbolçuları tanıyıram və rahat hiss etdikləri sistemlə oynadıram. İlk hissədə hücumda olduq, ancaq şansları dəyərləndirə bilmədik.Sürətli hücumlar təşkil edən komandaya qarşı oynamaq çətindir.

 

- İlk qoldan sonra cavab qolunu vurmağa nə mane oldu?

- Oyuna nəzarət edirdik. və buraxdığımız qol bizi çaş-baş saldı. Ancaq sonradan psixoloji cəhətdən yaxşı deyildik. Futbolçularımla danışdım, onları təbrik elədim. Özümə nəzarət etdiyimi demək məcburiyyətindəyəm. Sabahdan hazırlığa başlayırıq, xəyalımızın bitmədiyinə inanırıq.

 

- Cavab matçında dəyişiklər edəcəksiniz?

- Bəlkə də, çox şeyi dəyişməyəcəyik. Çoxlu qol şansları yaratdıq. Son zərbələrin üzərində çalışmalıyıq. Nəticəni yaxşılaşdırmaq üçün son dərəcə sakit olmaq lazımdır. Daha hazırlıqlı olmaq üçün ilk oyundakı təcrübələri sınaya bilərik. Futbolçularım əsəbidir, ancaq ötən ildən bəri nə qədər çalışdığımızı bilirəm və heç bir şeyin bitmədiyinə əminəm. Futbolçular bu nəticədən məyus oldu. Cavab matçına köklənməliyik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah