Qurban Qurbanov: "Diqqətli oynamalı, səhvlərə yol verməməliyik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL ilk oyunundan öncə keçirilən mətbuat konfransında fikilərini bölüşüb.

 

Newsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis oyun barədə danışıb:

 

 "APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right