"Qarabağ"ın Nikosiyada son məşqinin vaxtı bilindi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq APOEL (Kipr) - "Qarabağ" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Newsport.az-ın məlumatına görə, avqustun 5-i GSP stadionunun mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:30-da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat üçün açıq olacaq.

APOEL-in baş məşqçisi Paolo Trametsani isə Bakı vaxtı ilə 19:00-da GSP stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Nikosiya təmsilçisinin son məşqi isə saat 19:25-də baş tutacaq.

Avqustun 6-da, GSP stadionunda baş tutacaq APOEL - "Qarabağ" oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right