Xayme Romero: "Qrup mərhələsinə düşmək gücümüz var"

Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın futbolçusu Xayme Romero jurnalistlərə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı vinger öncə oyunla bağlı danışıb:

“Demək olar ki, üstünlük bütün oyunboyu bizdə oldu. Layiqli qələbə qazandıq. Matçın müəyyən vaxtlarında epizodlar oldu, amma top qapıya girmək istəmirdi. Sona yaxın nəhayət ki, qollar vurduq”. 

29 yaşlı futbolçu III mərhələdə Kiprin APOEL klubu ilə keçiriləcəkləri oyunlar barədə fikirlərini bölüşüb: “Komandamız yaxşıdır, rəqib güclüdür. Amma biz mərhələyə keçə bilərik”. 

Romero qrup mərhələsinə düşəcəklərinə inandığını bildirib: “Qrup mərhələsinə düşəcəyimizə inanırıq. Bunun üçün gücümüz var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right