"Qarabağ" "Tofiq Bəhramov"a qayıdır - APOEL-lə oyunların vaxtı bilindi

Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ" Kiprin APOEL klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, komandaların ilk dueli Nikosiyadakı GSP stadionunda reallaşacaq. Avqustun 6-da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.

Cütün cavab qarşılaşması avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Ağdam klubu I və II təsnifat mərhələsindəki ev oyunlarını "Dalğa Arena"da keçirmişdi.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right