"İmarət"in üzvləri azad olundu Rəsmi açıqlama

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın "Dandolk" klubunu qəbul edir.

Newsport.az-ın məlumatına görə, "Dalğa Arena"da keçirilən qarşılaşmanın ikinci hissəsində Ağdam təmsilçisinin azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Mühafizə xidmətinin işçiləri "İmarət" qrupunun 10-larla üzvünü həbs etmişdir.

Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında bildirib ki, saxlanılar azarkeşlər hər biri azad edilib.

Qeyd edək ki, Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və  3-cü təsnifat mərhələsinə yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right