Çempionlar Liqası: "Qarabağ"ın III mərhələdəki potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günü 7 oyun baş tutub.

"Qarabağ" - "Dandolk" cütünün potensial rəqibləri - APOEL və "Sutyeska" də cavab görüşünə çıxıb. Kiprdə keçiriləcək oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. İki oyunun nəticəsinə görə, APOEL III mərhələyə yüksəlib.

Kipr təmsilçisi III təsnifat mərhələsində "Qarabağ" - "Dandolk" cütünün qalibi ilə qarşılaşacaq.

 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunları

30 iyul

APOEL (Kipr) - "Sutyeska" (Monteneqro) - 3:0
İlk oyun - 1:0

“Nomme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya) - 0:2
İlk oyun - 0:5

“Makkabi” (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya) - 2:2
İlk oyun - 0:1

 

“Bazel” (İsveçrə) - PSV (Hollandiya) - 2:1
İlk oyun - 2:3

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) - 3:0
İlk oyun - 2:0

“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) - 1:1
İlk oyun - 1:3

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya) - 4:0
İlk oyun - 0:0


31 iyul

20:00. HİK (Finlandiya) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 0:2

21:00. AİK (İsveç) - "Maribor" (Sloveniya)
İlk oyun - 1:2

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya)
İlk oyun - 1:1

21:00. "Rusenborq" (Norveç) - BATE (Belarus)
İlk oyun - 1:2

21:45. "Kopenhagen" (Danimarka) - TNS (Uels)
İlk oyun - 2:0





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah