"Dandolk" "Qarabağ"la oyuna ciddi itkiylə çıxacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq İrlandiyanın “Dandolk” klubu ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Robbi Benson zədəli olduğu üçün oyunu buraxacaq. İlk oyunda xəsarət alan 27 yaşlı futbolçu Bakıya gətirilməyib.

İyulun 31-i “Dalğa Arena” keçiriləcək "Qarabağ" - "Dandolk" görüşünün start fiti 21:00-da səslənəcək.

Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah