"Qarabağ"la oyuna gedərkən özümüzə güvənə bilərik"

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dandolk" klubu İrlandiya Premyer Liqasının 27-ci turunda "Sent Patrik's Atletik"i 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra komandanın baş məşqçisi Vinni Pörs klubun saytına fikirlərini açıqlayıb:

"Çox böyük qələbə oldu. Avrokubok oyunlarından sonra çempionat matçları bir az çətin ola bilər. Ancaq futbolçularımızın çox ağıllı hərəkət etdiyini söyləyə bilərəm. Oyunun ilk dəqiqəsindən sona qədər peşəkarlıq göstərdilər. Üç xalı yaxşı şəkildə haqq etdik. Oyunun çox hissəsinə nəzarət etdik. Oyunçularımızın necə oynadıqları barədə yetərincə danışmayacam. İndi "Qarabağ"la səfər oyununa gedərkən özümüzə güvənə bilərik. Özümüzə çox inanırıq. Futbolçulardan çox razıyıq. Hər kəs "Qarabağ"la oyuna hazırdır".

İyulun 31-i “Dalğa Arena” keçiriləcək "Qarabağ" - "Dandolk" görüşünün start fiti 21:00-da səslənəcək.

Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right