"Qarabağ" evdə əsəbi oynayacaq" - Mik Makkarti

İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" oyunu (1:1) haqda danışıb.

Newsport.az-ın məlumatına görə, o, "Qarabağ" xüsusi epizodlar  yaratmadan topa sahib olduğunu bildirib:  Amma onların 17 (Abdullah Zubir-red) və  3 (Ailton-red) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli - red) və 20 (Riçard Almeyda-red) nömrəli futbolçularını da bəyəndim. Amma "Dundalk" layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu.  Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər".

M.Makkarti cavab görüşü barədə də fikirlərini bildirib: "Düşünürəm ki, oyunda yaxşı tərəf  "Qarabağ" idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə,  "Qarabağ" evdə əsəbi oynayacaq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah