"Qarabağ"da ciddi itkilər oyunu buraxırlar

"Qarabağ"ın futbolçuları Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək "Dundalk"la oyunu buraxacaqlar.

Newsport.az-ın məlumatına görə, buna səbəb  Miçelin dizindən zədələnməsi, Ozobiçin isə əzələsini dartmasıdır. Xorvat yarımmüdafiəçi  üç gün əvvəl, ispan yarımmüdafiəçi isə dünən zədələnib. Komandanın digər legioneri Dani Kintananın da zədəsi var. ÇL-in 1-ci təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.

Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən İrlandiya klubu ilə görüşdə oynamayacaq.

Xatırladaq ki, "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah