"Qarabağ"ın sisteminə uyğun taktikada oynamalıyıq"

İrlandiyanın “Dandolk” klubunun baş məşqçisi Vinni Pörs Çempionlar Liqasının II təsnifat mərhələsində sabah “Qarabağ”la oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, irlandiyalı çalışdırıcı matçın çətin keçəcəyini bildirib:

"Çox çətin oyun olacaq. Onlar həqiqətən də güclü komandadır. Rəqibimiz Avropada son illər uğurlu çıxış edib. Ancaq biz evdə oynaycağıq. Səbirli olmaqla yanaşı, diqqətli davranmalıyıq. Lazım olan vaxtda irəli çıxıb, sürətli hücumlar təşkil etməli və qol vurmalıyıq. "Qarabağ" son 6-7 ildə avrokuboklarda qarşılaşacağımız ən yaxşı komandalardan biridir. Olduqca texnikalı komandadır. Topa yaxşı nəzarət edirlər. Bu cəhətdən üstündürlər. Onların sisteminə uyğun taktikada oynamalıyıq. "Riqa" ilə oyundan sonra pozitivik. Uğurun ardını gətirmək istəyirik. Bunun çətinliyini anlayırıq. İrlandiya futbolunun səviyyəsi qalxmalıdır"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah