"Qarabağ" "Riqa" kimi axmaq səhvlər etmir" - "Dundalk"ın baş məşqçisi

"Qarabağ" "Dundalk"ın son 7 mövsümdə avrokubokların təsnifat mərhələsində qarşılaşacağı ən güclü komandadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın baş məşqçisi Vinni Pert deyib. Ağdam klubu ilə bağlı fikirlərini açıqlayan 42 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib:

"Qarabağ"ın futbolçuları çox sürətli və texnikalıdır. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Bu mənada çox güclü komandadır. "Qarabağ" "Riqa" deyil. Oyuna yüksək konsentrasiya ilə çıxırlar və axmaq səhvlərə yol vermirlər. Məncə, əsas amil də məhz budur.

"Qarabağ" həqiqətən mürəkkəb rəqibdir. Ancaq Azərbaycanda mövsüm hələ başlamayıb, komanda yalnız avrokuboklarda rəsmi oyunlar keçirib. Bizdə isə çempionat davam edir. Futbolçularımız lazım olan məqamlarda sürəti qaldıra bilirlər. Biz bunu yenidən etməliyik".

Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında ilk oyun sabah Dublində keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right