"Dandolk" - "Qarabağ": mətbuat konfransı və son məşqin vaxtı açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Dandolk” (İrlandiya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu gün Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Bakı vaxtıyla saat 21:30-da media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 21:45-də qarşılaşmanın keçiriləcəyi "Oriel Park" stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah