Çempionlar Liqası: "Ayaks" PAOK-la, "Portu" "Krasnodar"la qarşılaşacaq Yenilənib

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 2-ci təsnifat mərhələsinin 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.

Bundan başqa, ölkəsində çempion olmayan klublar Liqa yolunda rəqiblərini tanıyıblar.

Xatırladaq ki, “Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibləri məlum olub. 2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.


Çempionlar Liqası

III təsnifat mərhələsi

 

Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün qalibi

"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)

"Saburtalo" (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün qalibi

"Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün qalibi

 

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Viktoriya” (Çexiya)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi

“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)

“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

PSV (Hollandiya)/“Bazel” (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right