"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi Yenilənib

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirfə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi “Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibləri məlum olub.

2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası 2-ci mərhələni adlasa, 3-cü raundakı ilk oyununu səfərdə keçirəcək.


Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.


Çempionlar Liqası, III təsnifat mərhələsi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) / “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right