"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın "Dandolk" klubunun qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, "Oriel Park"da keçiriləcək qarşılaşmanın birletləri satışa çıxarıldığı gün bitib.
"Biletlər satıldı. Oyuna maraq olduqca böyükdür. "Oriel Park"ın Avropa kubokları üçün tutumu məhduddur. Üzrlü sayın", - deyə klub açıqlayıb.
Dandolkda yerləşən "Oriel Park"ın tamaşaçı tutumu 4 min 500-dür. Lakin Avropa kuboklarında say 3 minə endirilir.
"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.