"Dandolk"un məşqçisi "Dalğa Arena"da Qarabağ"ın oyununu izləyib

"Dandolk"ın baş məşqçisi Vinni Pörsün köməkçilərindən biri olan Stefen O`Donnel Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş "Qarabağ" - "Partizani" matçını stadiondan izləyib.

Newsport.az-ın məlumatına görə, "Dalğa Arena"da baş tutmuş matçı izləyən skaut rəhbəri "Qarabağ"ın oyununa heyran qalıb. O, baş məşqçi Vinni Pörsə lazım olan bilgiləri ötürüb.

"Qarabağ" sözügedən matçda Albaniya təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right